Pin-Up Azərbaycan: Qaydalar və Şərtlər

Pin-Up Casinoda “Qaydalar və Şərtlər” bölməsi 4 əsas bölmədən (istifadəçi razılaşması, məxfilik siyasəti, məsul oyun və AML/KYC siyasəti) ibarət olub, həm oyunçuların, həm də digər maraqlı tərəflərin xəbərdar olmalı olduğu məsələləri aydınlaşdırır.

İstifadəçi Razılaşması

İstifadəçi razılaşması birinci (giriş) maddəsində qeyd olunur ki, Carletta Limited şirkəti tərəfindən idarə olunan Pin-Up saytından istifadə edərkən aşağıdakılarla razılaşmış olursunuz: 

  • İstifadəçi razılaşmasının qayda və şərtləri ilə;
  • Məxfilik siyasəti ilə;
  • İdman mərclərinin qəbul edilməsi qaydaları ilə;
  • Veb-sayt səhifələrində dərc olunan hər hansı reklam fəaliyyəti, bonuslar və xüsusi təkliflərin şərtləri ilə.

Giriş maddəsindən əlavə Pin-Up-da 14 maddə də mövcuddur ki, bunlar ümumilikdə şərtlər adlanır. Şərtlərlə razılaşmadığınız təqdirdə casino-dan istifadə etməməyiniz tövsiyyə olunur. Qeyd olunan şərtlərdən bəziləri haqda aşağıda qısa məlumat verilmişdir:

Tərəflər

Razılaşma sizinlə şirkət (Carletta N.V) arasında bağlanır. Pin-Up Black-Wood Limited-in rəhbərliyi ilə Kiprdə qeydiyyatdan keçmişdir və Curacao №8048/JAZ lisenziyası altında fəaliyyət göstərir. Şirkət öz üzərinə düşən öhdəliklərə əməl edərkən, sizdən aşağıdakıları təsdiq etməyinizi tələb edir:

  • Bu fəaliyyət rezidenti olduğunuz ölkə qanunvericiliyi ilə qadağan deyil;
  • Veb saytdakı hərəkətlərinizə görə məsuliyyət yalnız özünüzə məxsusdur;
  • Siz patoloji və ya asılı qumarbaz kimi təsnif edilmirsiniz.

Maddənin 2.6-cı bəndi ilə siz həmin bənddə göstərilən 50 ölkədən birində yaşamadığınızı təsdiq edirsiniz (Azərbaycan həmin ölkələr sırasında yoxdur).

Şərtlərdə Dəyişikliklər

Pin-Up zərurət yarandıqda Qaydalar və Şərtləri dəyişdirmək və ya yeniləmək hüququna sahibdir. Bütün istifadəçilər bu şərtlərə edilən hər hansı bir dəyişiklik barədə dərhal məlumatlandırılacaqdır. Əlavə olaraq, şirkət lazım olduqda saytın parametrlərini yeniləyə bilər.

Qanuni tələblər

Pin-Up şərtləri ilə razılaşmaqla siz, həmçinin, aşağıdakı qanuni tələblərlə də razılaşmış olursunuz:

  • Yaşınız 18 və ya onun üzərindədir;
  • Şirkət şəxsiyyətinizi və yaşınızı təsdiqləmək üçün sənədlər tələb etmək hüququna sahibdir;
  • Hesab məlumatlarınızın təhlükəsizliyini təmin etmək sizin məsuliyyətinizdədir;
  • Casinonun xidmətlərinin ölkənizdə qanuni olub-olmadığını müəyyən etmək sizin şəxsi məsuliyyətinizdir.

Qeyd olunanlara əməl edilməməsi şərtlərin pozulması hesab olunur və buna görə hesabınız bağlana bilər.

Hesab Açılması

Pin-Up-ın xidmətlərindən istifadə üçün siz əvvəlcə hesab açmalı, daha sonra tam funksional istifadə üçün isə hesabın yoxlanma prosesini tamamlamalısınız. Yoxlama üçün kazino sizdən şəxsiyyətinizi təsdiq edən sənədin sistemə yüklənməsini tələb edir.

Təqdim etdiyiniz məlumatlar düzgün, sənədlər isə qanuni olmalıdır. Hər istifadəçi üçün yalnız 1 hesaba icazə verilir və başqasının adından hesab açmaq qayda pozuntusu kimi qəbul edilir.

Maliyyə Əməliyyatları

Həyata keçirilən maliyyə əməliyyatları depozitlər çıxarışlar olmaqla 2 yerə bölünür. Depozitin minimum miqdarı 3 AZN, çıxarışın minimum məbləği isə 10 AZN-dır. Depozit qoyulması və uduş çıxarılması eyni ödəniş vasitələri ilə həyata keçirilir. 

Mərclərin ümumi miqdarı depozit ümumi məbləğindən aşağı olarsa, kazino tələb olunan pulun 20%-ə qədərini tutmaq hüququna sahibdir. Çıxarış bank kartı ilə edilərsə, bu 25%-ə qədər dəyişir.

Qadağan Edilmiş Hərəkətlər

Pin-Up sizə aşağıdakı hərəkətləri etməyi qadağan edir: 

  • Saytdakı hər hansı məlumatın silinməsi, təhrif edilməsi və ya dəyişdirilməsi;
  • Veb saytın təhlükəsizlik sistemini sındırmaq, ondan yan keçmək;
  • Fırıldaqçılıq etmək, botlardan istifadə və sistemin səhvlərindən öz xeyrinə yararlanmaq;
  • Oynayarkən başqa oyunçu ilə birbaşa və ya dolayı sövdələşməyə daxil olmaq.

Pin-Up məsuliyyətsiz oyun nəticəsində yaranan itkilərə görə məsuliyyət daşımır. 

Məxfilik Siyasəti

Pin-Up məxfilik siyasəti sizin şəxsi və maliyyə məlumatlarınızın qorunmasına yönəlib. Kazino ən müasir təhlükəsizlik tədbirlərindən və şifrələmə texnologiyalarından (SSL şifrələmə) istifadə edir. 

Qeydiyyat zamanı təqdim olunan məlumatlar, mesajlar, ödənişlər və cihaz məlumatları sistem tərəfindən toplanır. Toplanan məlumatlar veb-sayt xidmətlərinin təkmilləşdirilməsi, reklam kampaniyalarının optimallaşdırılması və bildirişlərin göndərilməsi üçün istifadə olunur. 

İcazə verdiyiniz təqdirdə toplanılan kiçik mətn faylları sizə daha yaxşı istifadəçi təcrübəsi təklif edir. Kuki faylları adlanan həmin datalar sizin oyun vərdişləriniz, daimi giriş məlumatlarınız və çıxarış üsullarınızı izləyərək kazinodan maksimum faydalanmağınıza dəstək olur. Kukilərin deaktivasiyası və ya bəzi funksiyalarının məhdudlaşdırılması istəyə uyğun həyata keçirilir.

Şəxsi məlumatlar qanuni tələblər və dövlət orqanlarının göstərişləri istisna olmaqla, üçüncü tərəflərlə paylaşılmır. Suallar üçün dəstək xidməti mövcuddur.

Məsuliyyətli Oyun

Məsuliyyətli oyun şans oyunlarının əyləncə üçün oynandığına diqqət çəkir. Buna görə oynayarkən maliyyə və sosial risklərdən xəbərdar olmalı və müəyyən qaydalara əməl etməlisiniz: 

  • büdcənizə uyğun mərc edin; 
  • oyunu nəzarətdə saxlayın; 
  • itkiləri bərpa etməyə çalışmayın.

Problemlər yaranarsa, dəstək xidmətinə müraciət etmək və ixtisaslaşmış təşkilatlardan (GamCare və Gambling Therapy) dəstək almaq mümkündür.

Çirkli Pulların Yuyulması ilə Əlaqədar Siyasət

Çirkli pulların yuyulması qanunsuz yollarla əldə edilən vəsaitlərin mənbəyini gizlətmək məqsədilə həyata keçirilir. PY ilə mübarizə bu cür fəaliyyətlərin qarşısını almaq üçün hüquqi tədbirləri əhatə edir. Bunun üçün təşkilatlar müştərilərini tanımalı, şübhəli fəaliyyətləri izləməli və müvafiq orqanlara məlumat verməlidirlər. 

Pin-Up PY risklərini qiymətləndirərək uyğun nəzarət sistemləri tətbiq edir. Şübhəli fəaliyyətlər müəyyən edildikdə, hesabatlar hazırlanır və qaydalar pozulduqda qanunvericilik tələblərinə uyğun əməliyyatlar həyata keçirilir.